Home Channeling? Our channelers About us Contact


Home > Azərbaycan dili > Wanderer of the Skies - April 14, 2012

Wanderer of the Skies - April 14, 2012

Federasiyadan salamlar:

Bugün dünyanızda, kollektiv düşüncələrinizin İlluminati üzvlərinin həbslərinə və finans sisteminin yenidən qurulmasına istiqamətləndikcə ümidlər yenidən dahada böyüyür və böyüyəcək. Hər şey dünyanızda planlandığı kimi gedir. Əgər sizlər bütün dünyanızı geniş formada əhatə edən bu stratejik planlamaları dərindən bilsəydiniz heyran olardınız. Biz burada planlarımızı açıq formada söyləyərək təhlükəyə atmadan danışmaq üçün burdayıq.

Bütün bu zaman içərisində öhdəsindən uğurla gəldiyiniz işləri, ancaq bu dəfə bu işlərə uzaq insanlarında diqqətini çəkəcək və bütün dünyanızı əhatə edəcək böyük informasiya axınına hazır olun. Bu, hal-hazırda bir növ yuxuda olan kəslər üçün sıradaki və ən böyük oyanış olacaq. Bu məlumatlar bir çox mənbələrdən gələcək. Hətta buna indidən İlluminatı kontrolundan qurtulmağa başlayan medya da daxildir. Bu gerçəklər dirənənlərin üzərinə daha da gedəcək, lakin bu gerçəklərin su üzünə çıxmağını istəyənlərsə öz məqsədlərində uğurlu olacaqlardır. Bu bilgi sızıntıları sizləri böyük ifşaalara, həqiqətlərə aparacaqdır.

Əlbəttə, xəbərlərdə sizə göstərilən son fəzaya buraxılmağa çalışılan roketdə bizim əlimiz vardı. Bu artıq çox dəqiq bir şəkildə aydındır ki, dünyadaki heç bir hərbi qurumun bizim qərarlarımıza qarşı edəcəkləri manevrlar uğurla sona çatmayacaqdır onlar üçün. Qorxu yaratma təşəbbüsləri insanları hər nə qədər nüvə silahlarına, terror aktlarına yönləndirsədə, biz sizlərə hər zamanki kimi bunu söyləyəcik: Qorxacaq heç bir şey yoxdur.

İslandiya ölkəsi planetinizin yaxşılığı üçün maliyyə stratejilərinin mükəməlləşdirilməsi üçün bir test məkanı kimi istifadə olunmaqdadır. Buna görə də, orda olan və olacaq hər bir prosesi daha yaxından izləməniz tövsiyyə olunur. Çünki çox qısa zaman içərisində bu bütün ölkələrin taleyi olacaqdır. Hər zaman dediyimiz kimi, bu cür hərəkətlər, qərarlar heç vaxt dünyanın böyük gücləri vəya ölkələri tərəfindən gəlməzdi, ancaq hadisələr başladıqca onlarda bir domino təsiri kimi bir-bir yıxılacaqlar.

Şübhə zamanı bitir. Ümid zamanı başladı. İndi həqiqi dəyişiklik görəcəksiniz: əllə tutula bilən və müşahidə oluna bilən dəyişikliklər. Bu məsələlər başınızı döndürə biləcək bir sürətdə baş verəcək. İndi başlanğıcın başlanğıçı üçün hazır olun. Bütün bu dəyişikliklər gəldikcə, Gaia (dünya) da ümid və sevginizə qarşılıq verəcək. O, indidən hər kəsin xeyrinə olan dəyişiklikləri həll edir. Dəyişikliklər davam etdikcə, ən az həyat itkisiylə nəticələnəcək bir neçə zəlzələ daha olacaq.

Əbədiyyən sizinləyik, ailəmiz. Sizinlə yenidən bir araya gəlişimizi, gələcəyiniz ilə bağlı sevgi və həyəcanımızı paylaşma fürsətini səbrsizlə gözləyirik.

Sülhlə qalın...


Translation: Ulvi

< previous message | next message >


Share |








Tsū
Join the Galactic Channelings Community on Tsū!
Tsū is the only social network that shares its revenues with its members.
It works through invitation only, so you can use this link
to create a profile.